DİQQƏT: Səhər yeməyini ötürmək sağlamlığınıza ziyan vura bilər

Sağlamlıq

09.12.2024 15:37

Şunde Birinci Xalq Xəstəxanasının (Çin) alimləri müəyyən ediblər ki, səhər yeməyini ötürmək vərdişi yaşlı insanlarda demensiyanın inkişaf riskini artıra bilər. 

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri "Science Direct" elmi portalında dərc olunub.

Araşdırmada 60 yaşdan yuxarı 859 insan iştirak edib. Könüllülər sağlamlıq vəziyyətləri və adətən gün ərzində necə yemək yedikləri barədə məlumat veriblər. Növbəti üç illik təqib zamanı elm adamları səhər yeməyindən tez-tez imtina edənlərin zaman keçdikcə daha pis yaddaş və diqqətə malik olduğunu aşkar ediblər. Belə insanların beynində neyrodejenerasiyanın biomarkerləri də daha aydın görünüb. 

Mütəxəssislərin fikrincə, səhər yemək sadəcə vərdiş deyil, sağlamlığa təsir edən mühüm amildir. Bədənə qidanın ilk hissəsi ilə daxil olan qlükoza beyin üçün əsas enerji mənbəyidir. Əskik olduqda, stress çoxalır, bu da kortizol səviyyəsinin artmasına və yağ yığılmasına səbəb olur. Bu isə öz növbəsində koqnitiv qocalmanı sürətləndirə bilər.

Töhfə Səməd

tag: Səhər, Yemək, Kortizol,Qida,todaypress.az,