Diqqət! Filmlərə baxarkən kor ola bilərsiniz
Xüsusi işıqlandırma effektləri olan filmlər görmə qabiliyyətinə və mərkəzi sinir sisteminə mənfi təsir göstərə bilər.
TodayPress xəbər verir ki, bu barədə oftalmoloqlar xəbərdarlıq ediblər.
Bildirilib ki, insanlar çox vaxt axşam saatlarında - işdən və ya dərsdən sonra kinoya baxır və ya video oyunlar oynayırlar.
Bu vaxta qədər insan orqanizmi artıq kifayət qədər yorulduğundan gözlər və sinir sistemi əlavə stressə məruz qalır.
Zərərli filmlər kateqoriyasına özündə sərt işıq effektləri ehtiva edən döyüş filmləri, elmi fantastika və qorxu filmləri də aiddir.
Belə ki, zəif işıqlandırmada göz bəbəyi genişlənir və anidən parlaq flaşa məruz qalır.
Bundan başqa insanlar filmə baxarkən daha az göz qırpması baş verir. Nəticədə göz əlavə nəm almır və daha tez yorulur.
Türkan İsgəndər
tag: Xüsusi işıqlandırma,Effekt,Film,Kor,todaypress.az,