Dietoloq: “Yuxusuzluq orqanizmi yüksək kalorili qidaya meylləndirir”
“Yuxunun pozulması insanın qida seçimlərinə ciddi təsir göstərir və artıq kalorili məhsullara meyli gücləndirir”.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq Nensi Foldvari məlumat verib.
Foldvarinin sözlərinə görə, yuxusuzluq iştahanı tənzimləyən leptin və qrelin hormonlarının səviyyəsini pozur. Leptin toxluq hissini yaradır, qrelin isə aclıq siqnalı verir. Yuxu rejimi pozulduqda, leptin azalır, qrelin isə artır, nəticədə insan daha çox yemək istəyir.
Alimlər həmçinin bildirirlər ki, yuxu çatışmazlığı zamanı beynin enerji ehtiyatı azalır, bu isə orqanizmi şirin, yağlı və karbohidratlı qidalara üstünlük verməyə vadar edir. Bəzi araşdırmalar da göstərir ki, yuxusuzluq qoxu qəbuluna cavabdeh olan beyin mərkəzlərini zəiflədir və bu da zərərli qida seçimlərini stimullaşdırır.
Foldvari xəbərdarlıq edir ki, bu prosesi önləmək üçün insanlar gündəlik stabil yuxu rejiminə riayət etməlidirlər. Eyni saatda yatmaq və eyni saatda oyanmaq tövsiyə olunur. Həmçinin, günün ikinci yarısında kofeindən uzaq durmaq vacibdir.
“Kofeinin bədəndə parçalanma müddəti fərqli ola bilər. O, mərkəzi sinir sistemində düşündüyümüzdən daha uzun müddət qala bilər. Bəziləri kofeinə daha həssasdır və yalnız səhər saatlarında onu qəbul edə bilər” deyə həkim əlavə edib.
Qiymət Mahir
tag: Dietoloq,Yuxusuzluq,İştah,Kalori,todaypress.az,