Diabetin qeyri-aşkar əlamətləri açıqlandı

Sağlamlıq

28.11.2024 20:00

Endokrinoloq Yekaterina Saxnova xəbərdarlıq edib ki, erkən mərhələdə olan diabetin fərqinə varmaq olduqca çətindir. 

TodayPress xəbər verir ki, "Gazeta.ru" ilə söhbətində o, diabetin aşkar olmayan əlamətlərini sadalayıb.

Saxnovanın sözlərinə görə, şəkərli diabet təkcə yüksək qlükoza səviyyəsi ilə deyil, həm də ağız quruluğu, susuzluq və tez-tez sidiyə getmə ilə özünü göstərə bilər. Bundan əlavə, diabet insanlarda görmə kəskinliyinin azalması, əllərdə və ayaqlarda uyuşma, sağalmayan yaralar və dəridə hiperpiqmentli topaqlara səbəb ola bilər. 

Endokrinoloq, sadalanan simptomlar aşkar edilərsə, dərhal həkimə müraciət etməyi məsləhət görür. O qeyd edib ki, 2-ci tip şəkərli diabetin inkişafı üçün əsas risk faktorları xəstəliyin qohumlarda olması və ya artıq çəkidir. "Ailədə 2-ci tip şəkərli diabet olan insanlarda artıq çəki və ya piylənmə olduqda, çəkini azaltmaq üçün həyat tərzinin dəyişdirilməsi tövsiyə olunur" deyə Saxnova bildirib.

Töhfə Səməd 

tag: Endokrinoloq,Diabet,Şəkər,Aşkar,Diaqnoz,todaypress.az,