Diabet və xərçəngə qarşı dərman kəşf edildi
Sağlamlıq
28.11.2024 11:50
ABŞ-dəki Rosvel Park Kompleks Xərçəng Mərkəzinin tədqiqatçıları müəyyən ediblər ki, ikinci tip diabetin müalicəsində geniş istifadə olunan metformin preparatı obez xəstələrdə kiçik hüceyrəli olmayan ağciyər xərçəngi ilə mübarizədə immunoterapiyanın təsirini gücləndirə bilər.
TodayPress xəbər verir ki, nəticələr Milli Xərçəng İnstitutunun jurnalında dərc olunub.
Məlum olub ki, metforminin xərçəng əleyhinə təsiri yalnız kilolu və ya piylənmə olan xəstələrdə müşahidə olunur ki, bu da onların immun reaksiyasının xüsusiyyətləri ilə bağlıdır. Həkimlər bildirir ki, metformin olduqca faydalıdır. Çünki o, piylənmənin immunitet sisteminə mənfi təsirlərini azaldır, inhibitor terapiyasını daha təsirli edir.
Tədqiqatda bədən kütləsi indeksi (BKİ) 25 və ya daha yüksək olan 511 xəstənin və BKİ 25-dən az olan 232 xəstənin məlumatları təhlil edilib. Bütün iştirakçılar kiçik hüceyrəli olmayan ağciyər xərçənginə tutulub və əməliyyat olunublar. Bundan əlavə, inhibitor terapiyasının effektivliyi 284 obez və 184 qeyri-obez xəstədə tədqiq edilib.
Təhlil göstərib ki, metformin qəbul edən BKİ 25 və ya daha yüksək olan xəstələr əməliyyatdan sonra xəstəliyin residivi olmadan rahatlıqla sağala biliblər. Bundan başqa, metforminin istifadəsi bu qrupda immunoterapiyanın effektivliyini artırıb.
Töhfə Səməd
tag: Diabet, Xərçəng, BKİ, Alimlər, Metformin, todaypress.az,