Diabet beyin üçün təhlükəlidir: Həkim məsləhəti

Sağlamlıq

21.11.2024 15:22

Nyu-York Universitetinin Rory Meyers Tibb bacısı Kollecinin alimləri 2-ci tip diabet (T2D) diaqnozu qoyulan xəstələrdə yaşa görə demensiya riskinin inkişafı ilə əlaqədar yenilik kəşf ediblər. 

TodayPress xəbər verir ki, tədqiqatçılar yüksək qan şəkəri, insulin dirənci və diabetlə əlaqəli iltihabın koqnitiv pozğunluqların inkişafını artıra biləcəyini deyiblər. Bildirilib ki, bu xəstəliyə tutulan gənclərin sayı gündən-günə daha çox artır. Belə ki, hazırda 40 yaşdan aşağı şəxslərin hər beş nəfərdən biri T2D-dir. 

Təhlil üçün alimlər Miçiqan Universitetinin 2002-2016-cı illərdə apardığı araşdırmanın məlumatlarından istifadə ediblər. Burada 50 yaşdan yuxarı 1213 amerikalı iştirak edib.

İştirakçılar 14 il ərzində telefon vasitəsilə onlayn izlənilib. Məlum olub ki, şəkərli diabetin erkən diaqnozu demensiyanın inkişaf ehtimalını xeyli artırır. 50 yaşından əvvəl şəkərli diabet diaqnozu qoyulmuş insanlarda demensiya riski 70 yaşdan sonra diaqnoz qoyulanlara nisbətən 1,9 dəfə yüksək olub. 50-59 yaş arasında diaqnoz qoyulan diabetli xəstələrdə risk 1,72 dəfə, 60-69 yaş arasında olanlarda isə 1,7 dəfə artıb. 

Bundan əlavə, piylənmə də bu xəstəliyin inkişafında əsas rol oynayır. 

Tədqiqatın müəllifləri diabetin diaqnostikasında yaşın əhəmiyyətini, pəhriz, məşq və dərman da daxil olmaqla məqsədyönlü arıqlama tədbirlərinə ehtiyac olduğunu vurğulayıblar. Bu cür müdaxilələr diabetli gənclərdə demensiyanın inkişafının qarşısını almağa kömək edə bilər.

Töhfə Səməd

tag: Diabet, Telefon, Diaqnoz, Xəstəlik, Piylənmə, todaypress.az,