Depressiya riskini 20% azaldan meyvə
Gündə bir portağal yemək depressiya riskini 20% azalda bilər.
TodayPress xəbər verir ki, bu barədə “Microbiome” jurnalı yazıb.
Dərc edilən tədqiqat göstərib ki, portağal bağırsaqlardakı faydalı bakteriyaların artmasını stimullaşdırır və serotonin, dopamin kimi "xoşbəxtlik hormonlarının" yaranmasına müsbət təsir edir.
10.000 qadının pəhriz məlumatları analiz edilib və portağalın digər meyvələrə nisbətən arıqlamağa daha güclü təsir göstərdiyi müəyyən olunub.
Bildiyimiz kimi, portağal "C" vitamini ilə zəngindir, immun sistemini gücləndirir və metabolizmə müsbət təsir edir.
Hər portağalda 10-17 qram şəkər var, lakin bu miqdar bədəni enerji ilə təmin edir və qan şəkərinin kəskin dəyişməsinə səbəb olmur.
Nicat Osman
tag: Portağal,Stress,Arıqlamaq,Əsəb,Depressiya,Todaypress.az,