Dənli bitkilərin sağlamlıq üçün faydaları

Sağlamlıq

09.11.2024 13:50

“Bütün taxıllı dənli bitkilərdən hazırlanan sıyıq qanda şəkərin səviyyəsini sabitləşdirməyə kömək edir ki, bu da qəfil aclığın qarşısını alır”.

TodayPress xəbər verir ki, bunu “RIAMO” ilə söhbətində dietoloq Maryana Djutova bildirib. 

Belə sıyıqlara yulaf əzməsi, qarabaşaq yarması və darı daxildir. Onlar həzmi yaxşılaşdıran və pis xasiyyətli xolesterolu azaldıb, yaxşı xarakterli olanı artırmağa kömək edən çoxlu lifi özündə ehtiva edir. Onun sözlərinə görə, bu, damar və ürək xəstəlikləri riskini azaltmağa kömək edir.

Djutova qeyd edib ki, bütün taxıllı dənli bitkilər 2-ci tip diabetin inkişaf riskini azaldır və çəkiyə nəzarət etməyə kömək edir. 

Eyni zamanda, belə dənli bitkilərin tərkibində olan vitamin və minerallar immunitet sistemini gücləndirir.

Töhfə Səməd

tag: Dieta, Dietoloq, Dənli bitkilər, Ürək xəstəliklər, Sağlamlıq, todaypress.az,