Demensiya riskini azaltmaq üçün nə etmək lazımdır?

Sağlamlıq

12.05.2025 19:10

22

Demensiya xəstəliyinin yaranma riski 65 yaşdan yuxarı insanlarda daha həssas sayılır.

TodayPress xəbər verir ki, ailəsində bu xəstəlik olan şəxslərdə risk yüksək olur.

Bəzi sağlamlıq problemləri də demensiya riskini artırır. Bunlara yüksək qan təzyiqi, şəkərli diabet, insult keçirmək və artıq çəki daxildir.

Mütəxəssislərin fikrincə, əgər unutqanlıq gündəlik həyatda təhlükə yaradacaq səviyyəyə çatırsa, bu, demensiyanın əlaməti ola bilər.

Riskləri azaltmaq üçün sağlam həyat tərzi, zehni və fiziki aktivlik, eləcə də mütəmadi tibbi müayinələr tövsiyə olunur.

Türkan İsgəndərli

tag: Demensiya,Xəstəlik,Yaşlı,Sağlamlıq,todaypress.az,