Demansiya riskini necə azaltmaq olar?
Uveyk Forest Universitetinin tibb fakültəsinin alimləri müəyyən ediblər ki, müntəzəm qan təzyiqi monitorinqi idrak qabiliyyətinin azalmasının qarşısını alır.
TodayPress xəbər verir ki, bu barədə məlumat “Neurology” jurnalında dərc olunub.
Tədqiqatda orta yaşı 50 olan 9361 yetkin könüllü iştirak edib. Bütün subyektlər ABŞ və Puerto Rikodakı tibb mərkəzlərində təqib edilib.
Könüllülər sistolik qan təzyiqini 120 mmHg-ə endirmək üçün intensiv müalicə almaq adına təsadüfi olaraq təyin edilib. İştirakçılar orta hesabla 7 il izlənilib.
Bu müddət ərzində könüllülər bir neçə dəfə koqnitiv qabiliyyətləri qiymətləndirmək üçün bir sıra testləri tamamlayıblar. Nəticələr göstərib ki, uzunmüddətli qan təzyiqi nəzarəti həm yüngül idrak pozğunluğu, həm də demans riskini azaldır.
Sonrakı hesablamalar göstərib ki, yalnız 3,5 illik intensiv qan təzyiqi monitorinqi yaddaş və diqqətin pisləşməsinə qarşı etibarlı qorunma təmin edir.
Aysel Mətləb
tag: Demansiya,Alzaymer,Sağlamlıq,Tədqiqat,Todaypress.az,