Demansiya riskini necə azaltmaq olar?

Sağlamlıq

05.03.2025 19:34

2487

Gərgin fiziki fəaliyyətlə yanaşı, yerimək demensiya riskini 30 faiz azaltmağa kömək edir.   

TodayPress bu barədə "HuffPost"a istinadla xəbər verir. 

Bildirilir ki, sadəcə həyat tərzini dəyişdirməklə xəstəliyin 45 faizə qədərinin qarşısını almaq olar.

Gəzinti dopamin, serotonin, norepinefrin və endorfinləri, qısa müddətdə əhvalınızı yaxşılaşdıran hormonları, həmçinin yeni beyin hüceyrələrinin böyüməsini təşviq edən maddələrin istehsalını stimullaşdırmağa kömək edə bilər. 

Həmçinin beynin prefrontal korteksinin işini yaxşılaşdıra bilər ki, bu da diqqəti cəmləmək, tapşırıqlara fokuslanmaq qabiliyyəti üçün vacibdir.  Əlavə edilib ki, demans xəstəsinin ətrafı mühüm rol oynayır, çünki daimi ünsiyyət sinir sistemini stimullaşdırır və onun zədələrə uyğunlaşmasına kömək edir. 

Qeyd edək ki, demensiya xəstəliyində unutqanlıq, düşüncə, danışma, qiymətləndirmə və davranışlarda pozuqluq yaranır.   

Türkan İsgəndərli

tag: Demansiya,Hərəkət,Dopamin,Serotonin,Gəzinti,Todaypress.az,