COVID-19 virusu Çin laboratoriyasından sızmış ola bilər
ABŞ Dövlət Katibi Marko Rubio COVID-19 virusunun Çinin Uhan şəhərindəki bir laboratoriyadan sızdığı və bu səbəbdən bütün dünyaya yayıldığı barədə öz nəzəriyyəsini açıqlayıb.
TodayPress xəbər verir ki, onun sözlərini xarici KİV yazıb.
Rubio bildirib ki, virusa Çin laboratoriyasının içində “oynayan” birinin yoluxduğu və daha sonra bu virüsün Çində və bütün dünyada yayıldığı ehtimal olunur.
Ötən ilin dekabrında ABŞ Konqresində koronavirusun laboratoriya mənşəli olduğu bildirilib. Bu nəticəyə ABŞ Nümayəndələr Palatasının müşahidə komitəsinin koronavirusla bağlı alt komitəsinin iki illik araşdırmasının sonunda gəlinmişdi.
Həmçinin, Çindəki alimlər uçucu yarasalar arasında COVID-19-la eyni şəkildə insanlara keçə bilən yeni bir koronavirus aşkar ediblər. HKU5-CoV-2 adı verilən virus Honq Konqda Yapon yarasında tapılıb.
Qiymət Mahir
tag: ABŞ ,Marko Rubio,COVID-19,Çin,Uhan,Laboratoriya,todaypress.az,