Çiyələyin bilinməyən FAYDALARI

Sağlamlıq

21.03.2025 11:40

2320

Çiyələyin müntəzəm istifadəsi yaddaşı yaxşılaşdıra və orqanizmin müdafiə mexanizmlərini gücləndirə bilər.

TodayPress xəbər verir ki, bu barədə San Dieqo Dövlət Universitetinin tədqiqatçıları araşdırma ediblər.

Təcrübədə artıq bədən çəkisi olan 65 yaşdan yuxarı insanlar iştirak edib. Onlar iki qrupa bölünüb, bir qrup çiyələk və ondan hazırlanan qidalar qəbul edib, digəri isə çiyələksiz qidalanıb. Tədqiqat səkkiz həftə davam edib.

Məlum olub ki, çiyələk qəbul edənlərin yaddaşı yaxşılaşıb, həmçinin hüceyrə qocalması ilə bağlı oksidləşdirici stress səviyyəsi azalıb.

Türkan isgəndərli

tag: Çiyələk,Yaddaş,Tədqiqat,todaypress.az,