Çinli alimlər tütün asılılığını müalicə edən yeni üsul tapdılar

Sağlamlıq

10.03.2025 16:10

2230

Çinli alimlər beynə tətbiq olunan qısa müddətli maqnit stimulyasiyasının (rTMS) tütünə qarşı istəyi azaltdığını və nikotin asılılığı ilə əlaqəli neyron zəncirlərini yenidən qurduğunu aşkar ediblər. 

TodayPress xəbər verir ki, araşdırma “Journal of Affective Disorders” (JAD)da dərc edilib. 

Tədqiqatda 60 siqaret çəkən və 64 siqaret çəkməyən iştirakçı yer alıb. Siqaret çəkənlərə beynin sol dorsolateral prefrontal korteksinə (DLPFC) yönəlmiş beş günlük “rTMS” kursu tətbiq edilib.

Bu, özünü nəzarətdə saxlamağa kömək edən beyin hissəsidir.  Nəzarət qrupu isə saxta stimulyasiya alıb. 

Nəticələrə əsasən, siqaret çəkənlərdə fronto-temporal şəbəkə (nəzarət) ilə bazal qqlangliyaların şəbəkəsi (mükafat) arasındakı əlaqə zəifləyib, fronto-temporal şəbəkə isə daha müstəqil işləməyə başlayıb.  “rTMS” müalicəsi alan iştirakçılar siqaret çəkmək istəyinin əhəmiyyətli dərəcədə azaldığını bildiriblər. 

Aşkar edən alimlərin sözlərinə görə, “rTMS” metodu tütün asılılığı ilə mübarizədə ümidverici nəticələr göstərib. Metod mövcud müalicə yanaşmalarına əlavə olaraq, insanlara siqareti tərk etməyə kömək etmək üçün vacib üsul ola bilər. 

Qiymət Mahir

tag: Alimlər,Tütün,Asılılıq,Müalicə,Todaypress.az,