Çay suyu ağır metallardan təmizləyir
ABŞ-nin Şimal-Qərb Universitetinin tədqiqatçıları çayın, suyu ağır metallardan təmizləmə xüsusiyyətinə malik olduğunu aşkar edib. Təcrübələr göstərib ki, çay yarpağı dəmləndikdə qurğuşun və kadmium kimi təhlükəli çirkləri adsorbsiya edərək içkidən çıxarır.
TodayPress xəbər verir ki, bu barədə “ACS Food Science & Technology” məlumat yayıb.
Alimlər müxtəlif çay növlərini (qara, yaşıl, ağ çay və digər növlər) sınaqdan keçirib və qara çayın ağır metalları digər növlərə nisbətən daha yaxşı udduğunu aşkar ediblər.
Çay nə qədər uzun müddət dəmlənərsə, o, daha çox çirkləndiriciləri udur.
Çayın su filtri kimi istifadə edilməsini təklif edilmir, amma çay içmək bədənin ağır metallara məruz qalmasını azaltmağa kömək edə bilər.
Araşdırmada həmçinin kağız çay paketlərinin pambıq və neylondan daha yaxşı işlədiyi göstərilib.
Tədqiqatçılar hesab edirlər ki, müntəzəm çay içmək, bədəndə ağır metalların yığılması ilə bağlı xəstəliklərin riskini də azalda bilər.
Nicat Osman
tag: Çay,Alimlər,Tədqiqatçılar,Ağır metallar,Todaypress.az,