Bir enerji içkisi normanı 3 dəfə keçir

Sağlamlıq

06.05.2025 09:20

20

Enerji içkilərindəki kofein miqdarı təhlükəli həddədir və bir banka içki böyüklər üçün təhlükəsiz gündəlik normanı 3 dəfə keçə bilər.

TodayPress xəbər verir ki, bu barədə Piroqov Universitetinin kardioloqu Yelena Reznik “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, kofein üçün təhlükəsiz gündəlik norma 150 mq-dır. Lakin bəzi enerji içkilərində bu maddə 100 ml-də 130 mq təşkil edir. Belə içkilərin standart 450 ml-lik bankasında 583 mq-a qədər kofein olur.

“Bu doza çox yüksəkdir. İnsanlar adətən bir yox, iki banka içir, bu zaman qəbul edilən kofein miqdarı 1000 mq-a çatır, bu isə ürək üçün ciddi riskdir”  deyə həkim bildirib.

O əlavə edib ki, yeniyetmələr üçün kofein norması çəkiyə görə hesablanır  məsələn, 50 kq çəkidə bir uşaq üçün maksimum 150 mq-dır.

Enerji içkilərində kofeinlə yanaşı, taurin və L-karnitin də normanı 1,5–2 dəfə aşan miqdarda olur. Bu maddələrin həddindən artıq qəbulu aritmiya, yüksək təzyiq və ürək tutması riskini artırır.

Qiymət Mahir

tag: Enerji içkisi,Kofein,Sağlamlıq,Yeniyetmə,todaypress.az,