Beynin cavan qalmasını təmin edən qeyri-adi üsul

Sağlamlıq

07.11.2024 17:46

“Solitaire” (kart oyunu) və “mahjong” (stolüstü oyun) kimi bəzi oyunlar beynin qocalmasını ləngidir”. 

TodayPress xəbər verir ki, bu fikri endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova öz “Telegram” kanalında bildirib. 

Pavlovanın fikrincə, insan beyni nə qədər çox intellektual oyunlar oynasa və bu sahə üzrə beynini işlətsə, reaksiya, koordinasiya, diqqətlilik, yaddaş və hesablama qabiliyyəti bir o qədər yaxşı olar. 

O, əlavə edib ki, 60 yaşdan yuxarı insanlar beyinlərini “diri” saxlamaq üçün həftədə ən azı 2-3 dəfə qeyd edilən oyunları oynamalı, məşq etməlidirlər.  

Mütəxəssis bildirib ki, oyun oynamaq təkcə beyin fəaliyyətini deyil, həm də demensiyanın qarşısının alınmasında vacibdir.

“Krossvordlar, “Sudoku”, şahmat, dama və hətta “Tetris” də yaddaş qabiliyyətini artırmaq və beyin sağlamlığını yaxşılaşdırmaq üçün uyğundur” deyə həkim əlavə edib.

Töhfə Səməd

tag: Beyin, Cavan, Mütəxəssislər,Solitaire, Oyunlar, todaypress.az,