Beyinlə bağlı məşhur mif dağıldı
Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri müəyyən ediblər ki, beynin "sağ yarımkürə – yaradıcı", "sol yarımkürə – məntiqi" şəkildə bölünməsi elmi əsası olmayan bir mifdir.
TodayPress xəbər verir ki, tədqiqat "Neuropsychologia" jurnalında dərc olunub.
Bildirilir ki, insanlar bütün beyinləri ilə düşünürlər və bir yarımkürənin digəri üzərində üstünlüyü yoxdur.
Beynin sol yarımkürəsi baxışın sağ tərəfini, sağ yarımkürə isə sol tərəfini emal edir.
Bu, informasiyanın daha effektiv qavranmasını təmin edir və “kor nöqtələrdən” qaçmağa kömək edir.
Türkan isgəndərli
tag: Beyin,Yarım kürə,Ağıl,göz,todaypress.az,