Bədəni zərərli maddələrdən təmizləyən tərəvəz
Sağlamlıq
25.11.2024 10:35
Düzgün qidalanma sağlamlığı qorumağa və bədəni zərərli maddələrdən təmizləməyə kömək edir.
TodayPress xəbər verir ki, dietoloq Marqarita Korolevanın sözlərinə görə, istənilən çeşid kələm hər kəsin pəhrizində olmalıdır.
Kələmin tərkibində kükürd var ki, bu da orqanizmdə antioksidant olan qlutatyonun səviyyəsini saxlayır. Eyni zamanda qaraciyərin normal fəaliyyətinə və orqanizmin vaxtında detoksifikasiyasına cavabdehdir.
Sənaye şəhərlərində və ya ağır metal duzlarının yüksək konsentrasiyası olan yerlərdə yaşayan insanlara bu məhsulu daha tez-tez yeməyi tövsiyə edib.
tag: Tərəvəz, Sağlamlıq, Bədən, Zərərli,todaypress.az,