Bayramqabağı qidalanmada ən çox edilən səhvlər

Sağlamlıq

24.12.2024 16:15

Yeni il ziyafətindən əvvəl siz ciddi pəhrizlərə riayət edə bilməzsiniz. Bu yemək tərzi stress səviyyənizi artıra bilər və nəticədə həddindən artıq yeməyə başlaya bilərsiniz.  

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər bu qənaətə gəliblər.    

Onların sözlərinə görə, bayramlara qədər tez arıqlamaq cəhdləri çox vaxt gözlənilməz nəticələrə gətirib çıxarır.  

Ən çox yayılmış səhv strategiyalar, yalnız bir məhsulun, məsələn, şirə istehlakını tələb edən ciddi kalorili məhdudiyyət və təmizləyici mono-dietlərdir.  

Qeyd olunur ki, qida çatışmazlığı tez-tez stress səviyyəsinin artmasına səbəb olur və bu da  insanların Yeni il süfrəsində daha çox yağlı və şirin yeməklər yeməsinə gətirib çıxarır. 

Dietoloq izah edib ki, bayram günlərində çəki saxlamaq üçün ən təsirli üsul çevik qidalanma və sağlam vərdişlərdir. Bura su balansının qorunması, tərəvəz və meyvələrdən bol istifadə daxildir. 

Həkimləri fikrincə, bir-iki gün yüksək kalorili yemək yemək bədən quruluşunu ciddi şəkildə dəyişməyəcək.

Günəş Mərd

tag: Bayram ,Qidalanma, Səhv, Arıqlama, todaypress.az,