Bayram günlərində tarixlərində təcili tibbi yardım xidmətinə 52 mindən çox müraciət daxil olub

Sağlamlıq

01.04.2025 15:03

2563

Bayramlarla əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bu barədə TodayPress-ə TƏBİB-dən məlumat verilib. 

Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 - 31.03.2025-ci il tarixlərində 24 523 çağırış daxil olub.

Bu çağırışlardan 2 268 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.   

59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 27 981 çağırış daxil olub.

2 695 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.   

Bakı şəhəri üzrə ən çox müraciət 31.03.2025-ci il tarixində qeydə alınıb. 

Belə ki, müraciət sayı 2 274, hospitalizasiya olunanların sayı 217 nəfər təşkil edib. 

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.

tag: TƏBİB,Bayram,Təcili Tibbi Yardım,Müraciət,Todaypress.az,