Bayram günlərində neçə nəfər zəhərlənib? – RƏSMİ
Bayram günlərində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 22 nəfər müraciət edib.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“18.03.2025-ci il tarixindən 26.03.2025-ci il tarixinə qədər qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 22 nəfər qəbul edilib. Onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub” deyə məlumatda bildirilib.
Qeyd edilib ki, müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ölüm halı qeydə alınmayıb.
Qiymət Mahir
tag: TƏBİB,Bayram,Zəhərlənmə,MÜraciət,Todaypress.az,