Bayer iki yeni dərman vasitəsi təqdim edəcək
Almaniyanın aparıcı farmakoloji şirkətlərindən olan Bayer bu il satışa çıxaracağı iki yeni dərman preparatının hər birindən illik 1 milyard ABŞ dollarından az olmayan gəlir gözlədiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Remedium” yazıb.
Bu addım, şirkətin yüksək borc yükü fonunda bazar mövqeyini möhkəmləndirmək cəhdinin bir hissəsi kimi qiymətləndirilir.
Şirkətin yaydığı məlumata əsasən, “Beyonttra” (akoramidis) adlı preparat yaxın vaxtlarda satışa təqdim olunacaq. Bu dərman transtiretinə bağlı amiloid kardiomiopatiya xəstəliyinin müalicəsi üçün nəzərdə tutulub.
Bundan əlavə, Bayer 2025-ci ilin yayının sonuna doğru menopauza simptomlarının yüngülləşdirilməsinə kömək edən “elinzanetant” adlı ikinci bir preparatın bazara çıxarılmasını planlaşdırır.
Şirkət hər iki dərmanın “blockbuster” (böyük satış potensiallı) statusu qazanacağına və qlobal satışların hər biri üzrə illik ən azı 1 milyard dolları keçəcəyinə inanır.
Qiymət Mahir
tag: Bayer,Dərman,Sağlamlıq,Almaniya,todaypress.az,