Bakteriyalar sümükləri bərpa edə bilər - Alimlər AÇIQLADI

Sağlamlıq

26.04.2025 13:21

12

İsveçli alimlər bakteriya mənşəli liflərdən sümük bərpası üçün yeni biotekstil hazırlayıblar.

TodayPress xəbər verir ki, yeni üsulla sümüklərin bərpası indi daha asan və təhlükəsiz ola bilər. 

Tədqiqat zamanı bakteriyalar tərəfindən istehsal olunan polihidroksialkanoatlar (PHA) adlı bioplastik araşdırılıb. 

Sümük hüceyrələrini tanıya bilən bir maddə olan kalsium fosfat materiala əlavə edilərək, PHA bioplastikini güclü liflərə çevirə bilib. 

Laboratoriya testləri göstərib ki, sümük hüceyrələri bu liflərin səthinə uğurla yapışır və sağlam qalır. Bu liflər həmçinin toxuculuq konstruksiyalarının toxunması və formalaşdırılması üçün istifadə oluna bilər. 

Hazırda sümük dünyada qandan sonra ikinci ən çox transplantasiya edilən toxuma hesab olunur. Lakin xəstənin öz sümüyünün köçürülməsi ciddi risklər və məhdudiyyətlər yaradır. 

Yeni texnologiya isə ekoloji cəhətdən təmiz bir alternativ təklif edir: PHA lifləri tullantılardan hazırlanır, tamamilə bioparçalanır və mikroplastik buraxmır.

Vurğulanıb ki, alimlər gələcəkdə bu istiqamətdə tədqiqatlarını davam etdirəcəklər.

Nicat Osman

tag: Bakteriya,Sümük,Araşdırma,Bərpa,Todaypress.az,