Bağırsaq xərçənginin qarşısının alınması üçün nələr yemək lazımdır?

Sağlamlıq

13.12.2024 19:04

Epidemioloq-dietoloq Yohannes Melaku bildirib ki, düzgün olmayan qidalanma səbəbindən həzm sistemində yaranan xərçəng inkişaf edə bilər. 

TodayPress xəbər verir ki, o, bağırsaq xərçənginin qarşısını almaqda təsirli olan məhsulların adını açıqlayıb.

Materialda qeyd edilib ki, düzgün qidalanma ölümcül xəstəliklərin, o cümlədən kolorektal xərçəngin riskini azalda bilər. Melaku qeyd edib ki, şiş böyüməsinin əsas təxribatçıları fəst fud, işlənmiş ət, şəkərli içkilər və spirtdir.

Mütəxəssis xərçəng riskini azaltmaq üçün menyunu antioksidantla zəngin qidalarla, giləmeyvə, göyərti, badam, kətan toxumu, zəncəfil, sarımsaq, yağlı balıq və s. ilə mümkün qədər şaxələndirməyə çağırıb.

Töhfə Səməd

tag: Xərçəng, Şiş, Təsir,Təxribat, todaypress.az,