Azərbaycanda qızılcaya yoluxma halı kəskin azaldı

Sağlamlıq

18.12.2024 15:10

"Qızılcaya yoluxma halı kəskin azalıb".

TodayPress xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Qızılcaya yoluxma halı kəskin azalıb. Hazırda ölkədə qızılcaya yoluxma ilə bağlı narahatlıq yoxdur".

O, həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi oktyabr ayından etibarən TƏBİB tabeli tibb müəssisələrini qripə qarşı vaksinlə təmin edib. Vaksinasiya ilə əlaqəli kifayət qədər müraciət var və əhalinin böyük əksəriyyəti artıq peyvənd olunub.

tag: Səhiyyə, Qızılca, TƏBİB, Yoluxma, todaypress.az,