Ayaqları çarpaz vəziyyətdə oturmağın zərərləri

Sağlamlıq

02.01.2025 14:04

Ayaqları çarpaz vəziyyətdə oturmaq ən zərərli və təhlükəli vərdişlərdən biridir.

TodayPress xarici mediaya istinadən xəbər verir ki, nevroloqlar bu qənaətə gəliblər. 

Onlar hesaba edirlər ki, bu varikoz damarlarına və bir sıra başqa problemlərə səbəb ola bilər. 

Belə ki, digər ayağın üstündən keçən bir ayaqda, damarlar öz çəkiləri altında sıxılmağa başlayır.  Bu zaman ancaq venoz qan cazibə qüvvəsinə qarşı yüksəlir və nəticə varikoz damarları ortaya çıxır. 

Mütəxəssislərin sözlərinə görə, varikoz damarlarının nə qədər tez yaranması isə əsasən insanın hərəkətlilik dərəcəsindən asılıdır. O, nə qədər aktiv olsa, risk bir o qədər az olur. 

Digər tərəfdən ayaqların çarpaz mövqeyi, çanaq diafraqmasının sıxlığının meydana gəlməsinə də kömək edir ki, bu da varikoz damarlarının riskini daha da artırır. Bu vəziyyətdə diafraqma ondan keçən sinirləri, qan və limfa damarlarını sıxaraq sidik sisteminin orqanlarında metabolik prosesləri pozur. Nəticədə kişilərdə düz bağırsaq, sidik kisəsi, prostat vəzi xəstəliklər; qadınlarda isə müxtəlif növ iltihablı proseslərin yaranmasına gətirib çıxarır.

Günəş Mərd

tag: Varikoz, Çarpaz, Ayaq ,Zərər ,todaypress.az,