Axşam gəzintiləri çəki atmağa kömək edir
Cənubi Koreyada aparılan yeni tədqiqat axşam saatlarında 50 dəqiqəlik piyada gəzintilərin ciddi pəhrizlərə ehtiyac olmadan artıq çəkidən və xüsusilə qarın nahiyəsindəki piylərdən xilas olmağa kömək etdiyini üzə çıxarıb.
TodayPress xəbər verir ki, nəticələr "Journal of Exercise Nutrition and Biochemistry" (JENB) elmi jurnalında dərc olunub.
Araşdırmada artıq çəkisi olan qadınlar iştirak edib.
Onlar iki qrupa bölünüb: birinci qrup həyat tərzində heç bir dəyişiklik etməyib, ikinci qrup isə həftədə üç dəfə 50 dəqiqəlik gəzintiyə çıxıb.
12 həftə davam edən eksperiment dövründə iştirakçılar hər hansı xüsusi pəhriz saxlamayıblar.
Tədqiqatın nəticələrinə görə, müntəzəm gəzintiyə çıxan qadınlar fiziki passiv olanlara nisbətən daha çox visseral (daxili orqanlar ətrafında yerləşən) piy itiriblər.
Alimlərin fikrincə, bu cür piy normal halda daxili orqanları zərbələrdən qoruyur və onların istilik tənzimlənməsində iştirak edir.
Lakin həddindən artıq visseral piy orqanizmin demək olar ki, bütün sistemləri üçün təhlükəli sayılır.
Bu tip piylənmə hipertoniya, ateroskleroz, şəkərli diabet və metabolik sindromla nəticələnə bilər.
Qiymət Mahir
tag: Gəzinti,Piy,Çəki,Araşdırma,todaypress.az,