Avropada vərəmə yoluxma artdı

Sağlamlıq

25.03.2025 10:22

2076

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunda 2023-cü ildə vərəm halları 2022-ci illə müqayisədə 10% artıb. 

TodayPress xəbər verir ki, bu barədə ÜST-ün Avropa Regional Bürosunun (ERO) “Avropada Vərəm Müşahidəsi və Monitorinqi” adlı hesabatında qeyd olunub.

Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatə edən regionda 2023-cü ildə 172 mindən çox yeni vərəm hadisəsi və təkrar yoluxma qeydə alınıb. Bu rəqəm 2022-ci ilin göstəricilərinə bənzəyir.

Eyni zamanda, Avropa İttifaqı (Aİ) və Avropa İqtisadi Bölgəsində (AİB) təxminən 37 min insan vərəmə yoluxub ki, bu da 2022-ci ildəki 35 minlik göstəricidən yüksəkdir.

Hesabata görə, 15 yaşdan aşağı uşaqlar yeni vərəm hallarının və təkrar yoluxmaların 4,3%-ni təşkil edir və bu göstərici artıq üçüncü ildir ki, artmaqda davam edir. 2022-2023-cü illər arasında uşaqlar arasında 650-dən çox yeni vərəm hadisəsi qeydə alınıb.

Xüsusilə narahatlıq doğuran məqam ondan ibarətdir ki, Aİ/AİB-də vərəmə yoluxmuş hər beş uşaqdan biri üçün müalicənin tam başa çatıb-çatmadığı məlum deyil.

Bu qeyri-müəyyənlik dərmana davamlı vərəm növlərinin yaranmasına və xəstəliyin daha geniş yayılmasına səbəb ola bilər. 

Bundan əlavə, vərəm xəstələrinin HİV-ə yoluxma halları da ciddi problem olaraq qalır. 2023-cü ildə yeni və təkrar vərəm xəstələrinin 15%-dən çoxu eyni zamanda HİV-ə yoluxub.  Qiymət Mahir

tag: Vərəm,Avropa,Xəstəlik,Artım,Todaypress.az,