Autizmin inkişafına təsir edən gen tapıldı
Sağlamlıq
10.01.2025 15:48
Kaliforniya Universitetinin tədqiqatçıları, “neyropilin2” geninin beyində sinir dövrələrinin formalaşmasında əsas rol oynadığını aşkar ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Molecular Psychiatry” jurnalında məqalə dərc olunub.
Müəyyən edilib ki, bu gen autizm, eləcə də epilepsiyanın inkişafı ilə əlaqəli ola bilər.
“Neyropilin2” geni beyindəki hüceyrələrin qarşılıqlı təsirindən məsul olan reseptoru kodlayır. O, neyronların miqrasiyasını, həmçinin həyəcanverici neyronlarda sinaptik əlaqələrin formalaşmasını tənzimləyir. Bu tarazlığın pozulması autizm üçün xarakterik olan davranış dəyişiklikləri ilə əlaqəli beyin disfunksiyasına və epileptik tutmalara qarşı həssaslığın artmasına səbəb olur.
“Neyropilin2”nin olmaması inhibitor neyronların miqrasiyasını pozur və sosial qarşılıqlı əlaqənin pozulması ilə epileptik tutma riskini artırır.
Alim onu da vurğulayırlar ki, sinir əlaqələrinin formalaşması proseslərinin başa düşülməsi təkcə autizm və epilepsiya deyil, həm də diqqət çatışmazlığı hiperaktivliyi pozğunluğu (DEHB) və şizofreniya kimi digər xəstəliklərin effektiv müalicə üsullarının işlənib hazırlanmasının açarıdır.
Günəş Mərd
tag: Neyron ,Autizm, Disfunksiya ,Gen, todaypress.az,