Arıqlamağın ən təsirli yolu: Bunları etsəniz...

Sağlamlıq

04.04.2025 14:15

2309

Amerikalı alimlər müəyyən ediblər ki, interval aclığın fiziki fəaliyyətlə birləşməsi daha sürətli və təhlükəsiz arıqlamağa kömək edir. Əsas üstünlük isə metabolizm və ümumi sağlamlıq üçün vacib olan əzələ kütləsinin qorunmasıdır.   

TodayPress xəbər verir ki, araşdırmanın nəticələri "International Journal of Obesity" jurnalında dərc edilib.   

Alimlər son illərdə aparılmış 15 elmi işi təhlil edərək ABŞ-də məşhur olan səkkiz saatlıq interval qidalanma sxemi və idmanın çəkiyə və bədən quruluşuna təsirini qiymətləndiriblər.   

Nəticələr birmənalı olub: interval aclıq və fiziki məşqlərin birləşməsi, yalnız idman etməklə müqayisədə, daha çox yağ itkisinə səbəb olub.

Bununla belə, eksperiment iştirakçıları əzələ kütləsini itirməyiblər. Lakin fiziki fəaliyyət olmadan kalori məhdudiyyəti tətbiq edənlərdə isə əzələ itkisi müşahidə edilib.   

Qeyd edək ki, araşdırma əsasən yaxşı fiziki formada olan insanları əhatə edib. Buna görə də piylənmədən əziyyət çəkən insanlar üçün bu təsir fərqli ola bilər.

Həmçinin, alimlər vurğulayırlar ki, pəhriz zamanı təkcə nə zaman yeməyin yeyildiyi deyil, həm də hansı qidaların qəbul edildiyi də böyük əhəmiyyət kəsb edir. 

Töhfə Səməd

tag: İdman,Arıqlamaq,Pəhriz,Məşq,Todaypress.az,