Aqressiv xərçəng riski olan insanlara məsləhətlər

Sağlamlıq

27.11.2024 14:36

Aqressiv öd kisəsi xərçəngi gənc və orta yaşlı insanlarda daha çox rast gəlinir. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu barədə onkoloqlar bildiriblər. 

Onlar xəstəliyin inkişaf riski olan insanlara bir sıra məsləhətlər veriblər.  

Qeyd ediblər ki, 50 yaşa qədər insanlarda xərçəngin yaranmasının səbəbi daha çox müasir həyat tərzi ilə bağlıdır. Xüsusilə ətraf mühitin çirklənməsi, spirtli içkilərin və qeyri-sağlam qidaların istehlakı, gündəlik stress mikrobiomaya mənfi təsir göstərir. Bu da öz növbəsində xərçəng riskinə təsir edə bilər. 

Xərçəng analizləri göstərib ki, genetika və piylənmə də xərçəngin inkişafına təsir göstərir.   

Eyni zamanda gənc və orta yaşlı insanlarda aşkar olunan xərçəng hallarının sayının artması yüksək səviyyəli skrininqlə əlaqəlidir. 

Həkimlər piylənmənin qarşısını almaq və sağlamlığı təhdid edən riskləri minimuma endirmək üçün bol meyvə və tərəvəz yeməyi, eləcə də müntəzəm olaraq idmanla məşğul olmağı tövsiyə edib.

Günəş Mərd

tag: Xərçəng, İnsanlar, İstehlak, Xəstəlik,todaypress.az,