Antidepressantların qəbulu qəfil ürək ölümü riskini artırır
Qəfil ürək ölümü (QÜÖ) – ürəklə bağlı problemlər səbəbilə baş verdiyi güman edilən və insanın qəfil və gözlənilməz şəkildə həyatını itirməsi halıdır. Bəzən simptomların ortaya çıxmasından bir saat sonra, bəzi hallarda isə şəxsin sonuncu dəfə diri görüldüyü andan 24 saat ərzində baş verir.
TodayPress “Medical Xpress”ə istinadən xəbər verir ki, bu risklə antidepressantlar arasında əlaqə uzun müddət qeyri-müəyyən idi.
Lakin yeni araşdırma bu məsələyə aydınlıq gətirib. Avropa Kardioloqlar Cəmiyyətinin 2025-ci il EHRA elmi konqresində təqdim olunan araşdırmada müəyyən edilib ki, əvvəllər antidepressant qəbul edən şəxslər arasında qəfil ürək ölümü riski bu preparatları qəbul etməyənlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.
Risk səviyyəsi həm yaşa, həm də dərmanların qəbul müddətinə görə dəyişir.
Alimlər Danimarkada 2010-cu il ərzində 18–90 yaş arasında baş verən bütün ölüm hallarını təhlil ediblər.
4,3 milyon nəfərin yaşadığı ölkədə həmin il 45 701 ölüm halı və 6 002 qəfil ürək ölümü qeydə alınıb.
643 999 nəfər isə həmin il ərzində antidepressant qəbul edib.
Qəfil ürək ölümü halları arasında 1 981 hadisə antidepressant qəbul edənlərdə, 4 021 hadisə isə bu dərmanları qəbul etməyənlərdə baş verib.
Statistika göstərib ki, 18–29 yaş qrupu istisna olmaqla, digər yaş qruplarında antidepressant qəbul edənlər arasında QÜÖ riski xeyli yüksəkdir.
Qiymət Mahir
tag: Antidepressant,Ürək,Ölüm,Sağlamlıq,Todaypress.az,