Ana südü xərçəng riskini azaldır

Sağlamlıq

06.05.2025 11:28

108

"Ana südü yalnız körpənin deyil, qadının gələcək sağlamlığı üçün də mühüm rol oynayır".

TodayPress xəbər verir ki, uzman ginekoloq Emin Haqverdiyev bunu "Möcüzə qida- Ana südü" ilə bağlı keçirilən konfransda bildirib.

“Doqquz ay bətnində uşaq daşıyan ana doğuşdan sonra uşaqdan uzaqlaşmaq istəyir, ondan bezir, psixoloji təsirlərə məruz qalır. Bu səbəbdən həmin anaları körpəyə süd verməyə təşviq etmək çətinləşir. Biz onlara bildiririk ki, ana südü vermək təkcə uşağa yox, qadının da xeyrinədir”

Ginekoloq vurğulayıb ki, ana südü ilə qidalanan qız uşaqları gələcəyin sağlam analarıdır: 

“Onların hormonal balansı, yumurtalıqları daha sağlam olur, xərçəng riski azalır və doğuş prosesləri də daha asan keçir.”

Emin Haqverdiyev qeyd edib ki, ana südü sadəcə qida deyil, həm də gələcək sağlamlığın təməlidir. 

Türkan İsgəndərli

tag: Ana Südü,Xərçəng,Risk,Sağlamlıq,Todaypress.az,