"Alzheimer"in atadan övlada keçmə risk böyükdür
Atasında "Alzheimer" xəstəliyi olan şəxslərin bu xəstəliyə tutulma riski daha yüksəkdir.
TodayPress xəbər verir ki, bu barədə Monrealdakı McGill Universitetinin tədqiqatçıları araşdırma ediblər.
Aparılan yeddi illik araşdırma çərçivəsində ailəsində "Alzheimer" xəstəliyi olan sağlam fərdlər uzun müddət izlənilib.
Nəticələr göstərib ki, atasında bu xəstəlik olan şəxslərin beyinlərində "Alzheimer"in ilkin mərhələlərinə işarə edən biomarkerlərin səviyyəsi daha yüksəkdir.
Bu isə genetik faktorların atadan ötürülmə ehtimalını gücləndirir.
Mütəxəssislər qeyd ediblər ki, bu araşdırma "Alzheimer" xəstəliyinin erkən mərhələdə diaqnozu və fərdi risklərin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Türkan İsgəndərli
tag: Alzheimer,Ata,Övlad,Risk,Sağlamlıq,Todaypress.az,