Alzheimer riski artır – Alimlərdən xəbərdarlıq
ABŞ-nin Vanderbilt Universitetinin Tibb Mərkəzində aparılan araşdırma göstərib ki, uzun müddət oturaq və ya uzanıqlı vəziyyətdə qalmaq beynin Alzheimer xəstəliyi ilə əlaqəli nahiyələrində həcmin azalmasına səbəb olur.
TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Alzheimer’s & Dementia” elmi jurnalında dərc olunub.
Tədqiqatda 404 nəfər iştirak edib. Həmin şəxslər bir həftə ərzində fiziki aktivliklərini qeydə alan xüsusi cihazlar taxıblar. Bu məlumatlar onların son yeddi il ərzində çəkilmiş MRT nəticələri və koqnitiv testləri ilə müqayisə olunub.
Alimlər müəyyən ediblər ki, müntəzəm idmanla məşğul olsalar belə, gün ərzində uzun müddət oturaq vəziyyətdə qalmaq beyin üçün mənfi təsirlər yaradır. Xüsusilə, APOE-e4 genini daşıyan və Alzheimer xəstəliyinə genetik meyilli olan insanlarda bu dəyişikliklər daha kəskin müşahidə edilib.
“Gündəlik idman vacibdir, lakin təkbaşına kifayət etmir. Əsas məsələ ümumi hərəkətsiz vaxtın azaldılmasıdır, xüsusilə risk qrupuna daxil olanlar üçün” deyə Pitsburq Universitetinin nevrologiya üzrə dosenti Marissa Qoqniat bildirib.
Qiymət Mahir
tag: Alzheimer ,ABŞ,Tibb,Risk,todaypress.az,