Alimlər təhlükəsiz buğda yaratdı
Kaliforniya Universitetinin (Deyvis) alimləri çölyak xəstəliyinə səbəb olan qlüten zülallarını genetik yolla buğdadan çıxarıblar.
TodayPress xəbər verir ki, bu barədə “Theoretical and Applied Genetics” jurnalında məlumat verilib.
Tədqiqatçılar qamma-şüalanma metodu ilə yalnız xəstəlik yaradan genləri siliblər. Nəticədə yaranan buğda sortları nəinki qida dəyərini itirməyib, əksinə, bəzi hallarda ənənəvi buğdadan daha keyfiyyətli un verib.
Yeni növlər Kaliforniya Buğda Komissiyası tərəfindən sınaqdan keçirilib və ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Genetik Resurslar Şəbəkəsinə təqdim olunub.
Məqsəd bu buğdanı fermer və tədqiqatçılar üçün əlçatan etməkdir.
Alimlər bu addımın çölyak xəstələri üçün təhlükəsiz çörək və makaron istehsalına yol açacağını bildirirlər.
Qiymət Mahir
tag: ABŞ ,Kaliforniya Universiteti,Tədqiqat,Kənd Təsərrüfatı Nazirliyi,todaypress.az,