Alimlər erkən qocalmanın səbəbini müəyyən etdilər

Sağlamlıq

11.05.2025 14:45

28

Harvard Universitetindən tədqiqatçı Venli Ninin rəhbərlik etdiyi araşdırmaya görə, yüksək temperatur DNT-də metilləşmə prosesinə təsir göstərərək erkən qocalmanı sürətləndirə bilər. Bu, gen ifadəsinə və hüceyrə funksiyalarına təsir edən bioloji prosesdir.

TodayPress xəbər verir ki, bu barədə “Live Science” yazıb. 

Ninin sözlərinə görə, istiyə məruz qalma oksidləşdirici stressə səbəb olur, bu da DNT-nin zədələnməsi və yaşlanma ilə nəticələnə bilər.

Oxşar nəticələr Tayvanda aparılan tədqiqatda da təsdiqlənib. Burada 2000-dən çox insan üzərində aparılan müşahidələr göstərib ki, ətraf mühitdə temperaturun artması bioloji yaşın sürətlənməsi ilə əlaqəlidir. 180 gün ərzində orta temperaturun 1°C yüksəlməsi bioloji yaşı 0,04–0,08 il artırır.

Qiymət Mahir

tag: Alimlər,Qocalma,Tibb,Araşdırma,todaypress.az,