Ağlamağın gözlənilməz faydaları

Sağlamlıq

20.02.2025 17:40

2584

Alimlər ağlamağın gərginliyi aradan qaldırmağa, əhval-ruhiyyəni yaxşılaşdırmağa və hətta ağrılara dözməyə kömək etdiyini sübut etmək üçün araşdırmalar həyata keçirib. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” yazıb.   

Bildirilib ki, ağlamaq rahatlaşmağa kömək edən parasimpatik sinir sistemini aktivləşdirərək stressi azaltmağa kömək edir.  Ağlayan zamanı qan dövranı və emosional vəziyyət yaxşılaşır. Bu vaxt insan oksitosin hormonunun sərbəst buraxılması səbəbindən sakitləşir.

Eyni zamanda, alimlərin fikrincə, ağlamaq sosial baxımdan da vacibdir, çünki insanlar əsəbi bir insanı göz yaşları içində görəndə, empatiya və kömək etmək istəyi hiss etməyə başlayırlar. 

Lakin çox tez-tez, əsassız və ya idarəolunmaz şəkildə ağlamaq xəstəliyə səbəb ola bilər. Belə ki, ağlamaq istəyən şəxsin göz yaşlarının olmaması bəzi hallarda patoloji ola bilər.

Məsələn, ağır depressiyada olan insanlar artıq ağlaya bilmirlər. Belə hallarda tibbi yardıma üz tutmaq məsləhətdir.

Nicat Osman

tag: Ağlamaq,Tədqiqatçılar, Simulyasiya,Tibb,Todaypress.az,