6 fincandan çox qəhvə ürək xəstəlikləri riskini artırır

Sağlamlıq

22.02.2025 09:05

2873

Çinin Paytaxt Tibb Universitetinin alimləri müəyyən ediblər ki, gündə altı fincandan çox qəhvə içmək ürək çatışmazlığı, işemik ürək xəstəliyi və insult riskini artırır. 

TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc edilib.

Su, çay və qəhvə dünyada ən çox istehlak edilən içkilərdir. Alimlər bu içkilərin ürək-damar sağlamlığına təsirini öyrənmək üçün 500 mindən çox insanın (210 239 kişi və 251 383 qadın) məlumatlarını təhlil ediblər.

Tədqiqat çərçivəsində iştirakçıların ürək-damar hadisələri qeydə alınıb. Nəticələrə görə, 11 098 nəfərdə ürək çatışmazlığı, 33 426 nəfərdə işemik ürək xəstəliyi, 9706 nəfərdə isə insult inkişaf edib.

Araşdırma göstərib ki, müntəzəm olaraq su içmək həm kişilər, həm də qadınlar üçün ürək-damar xəstəlikləri riskini azaldır. Əksinə, həddindən artıq, gündə altı fincandan çox  qəhvə istehlakı həm ürək çatışmazlığı, həm də işemik ürək xəstəliyi və insult riskini artırır. Çaydan həddindən artıq istifadə də ürək-damar xəstəlikləri riskini yüksəldir.

Alimlər qeyd edirlər ki, çay və qəhvə əsasən qadınlara daha çox təsir edir. Həmçinin məlum olub ki, bu içkilərin həddindən artıq istehlakı suyun qoruyucu təsirini zəiflədə bilər.

Qiymət Mahir

tag: Araşdırma,Qəhvə,Çay,Su,todaypress.az,