2050-ci ildə bu xəstələrin sayı iki dəfə artacaq – Narahatedici proqnoz

Sağlamlıq

06.03.2025 12:10

1456

2050-ci ilə qədər dünyada Parkinson xəstələrinin sayı 25,2 milyona çatacaq, bu da 2021-ci illə müqayisədə 112% artım deməkdir. 

TodayPress “BMJ” jurnalında dərc olunan yeni araşdırmaya istinadən xəbər verir ki, artım əsasən yaşlanan əhali ilə bağlıdır.

Tədqiqatçılar hesab edirlər ki, Parkinson xəstəliyinin yayılma tezliyi hər   100 000 nəfərə görə 76% artacaq, yaş fərqləri nəzərə alınmaqla isə bu göstərici 55%-ə çatacaq.

Ən yüksək artım Şərqi Asiyada proqnozlaşdırılır.

Alimlər bildirirlər ki, proqnozlar səhiyyə siyasətinin formalaşdırılması, elmi araşdırmaların genişləndirilməsi və resursların düzgün bölüşdürülməsi üçün mühüm rol oynaya bilər.

Parkinson xəstəliyi ən sürətlə yayılan nevroloji və əlilliyə səbəb olan xəstəliklərdən biri hesab olunur.

Buna baxmayaraq, çoxsaylı ölkələrdə onun gələcək yayılma miqyası barədə hələ də dəqiq proqnozlar mövcud deyil.

Mütəxəssislər bu problemi həll etmək üçün 2021-ci ilin Qlobal Xəstəlik Yükü araşdırmasından istifadə edərək 195 ölkədə xəstəliyin yayılma tezliyini, yaş və cins bölgüsünü təhlil ediblər.

Onların hesablamalarına görə, 2050-ci ildə bütün dünyada Parkinson xəstələrinin sayı 25,2 milyona çatacaq. Ən ciddi artım orta inkişaf səviyyəsinə malik ölkələrdə gözlənilir.

Parkinson xəstələrinin sayının artmasının 89%-i əhalinin qocalması, 20%-i isə ümumi əhali sayının artması ilə bağlı olacaq. Lakin regiondan və ölkədən asılı olaraq bu artım fərqli olacaq. 

Qiymət Mahir

tag: Xəstəlik,Parkinson,Artım,Müalicə,Siqnal,Todaypress.az,