“1542” Çağrı Mərkəzinin çat xidmətinə müraciətlərin sayı 7 mini ötdü
“Artıq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytında onlayn çat xidməti istifadə edilir”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı Mərkəzinin rəhbəri Nərminə Ramazanova bunu TodayPress-ə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, bu günə qədər ümumi çat müraciətlərinin sayı 7500-dən çoxdur. Rəqəmlər hər həftə yenilənir.
O qeyd edib ki, “1542” Çağrı Mərkəzi 2020-ci ildən etibarən 7/24 fəaliyyət göstərir.
Töhfə Səməd
tag: İcbari ,Tibbi,Sığorta,1542,Çağrı mərkəzi,Todaypress.az,