“1542” Çağrı Mərkəzində 45 əməkdaş fəaliyyət göstərir

Sağlamlıq

06.03.2025 16:22

1391

“Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı Mərkəzində 45 əməkdaş növbəli şəkildə fəaliyyət göstərir. Onlardan 32-i operatordur”. 

Çağrı Mərkəzinin rəhbəri Nərminə Ramazanova bunu TodayPress-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, fəaliyyət göstərən əməkdaşlar əməliyyat, araşdırma və dəstək qrupularına bölünüb.   

“Əməliyyat qrupu birbaşa zəngləri cavablandıranlardır. Araşdırma qrupunda isə zənglərə nəzarət edilir. Bu qrup daxilində 10 əməkdaş fəaliyyət göstərir. Onlardan 5-nin ali tibbi təhsili var. Müraciətlər 3 iş günü ərzində cavablandırılmalıdır. Növbəti qrup isə dəstək göstərənlərdir. Onlar əməkdaşların təlimatlandırılması, aylıq qiymətləndirilmə ilə məşğul olurlar”. 

Töhfə Səməd

tag: İcbari ,Tibbi,Sığorta,1542,Çağrı mərkəzi,Todaypress.az,