Simonyan: “Sülh sazişinin dalana dirəndiyini düşünmürəm”
Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesi dalana dirənməyib.
TodayPress “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
"Prosesin dalana dirəndiyini düşünmürəm. Ola bilsin ki, bizim saziş imzalamaq təklifimiz Azərbaycan tərəfi üçün bir qədər gözlənilməz olub" o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub.
tag: Simonyan,Azərbaycan,Ermənistan,Sülh,Danışıqlar,Todaypress.az,