Simonyan: “Sülh müqaviləsində erməni əsirlərin qaytarılması ilə bağlı bənd yoxdur”

Qərbi Azərbaycan

09.09.2024 13:20

"Erməni əsirlərin qaytarılması məsələsi İrəvan və Bakı arasında sülh müqaviləsi layihəsində yer almayıb".

TodayPress "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, bununla belə, problem müzakirə olunur.

O, xatırladıb ki, bu məsələ 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer alıb və burada Rusiya və Azərbaycan əsirlərin qaytarılması problemini həll etməyi öhdəsinə götürüb. 

Günəş Mərd

tag: Ermənistan,Əsir,Mübadilə, Alen Simonyan,Bəyanat,todaypress.az,