Simonyan: “Rusiya ilə münasibətlərdə gərginlik daim davam edə bilməz”
“Ermənistan Rusiya ilə münasibətlərdə daim gərginlik ola bilməz”.
TodayPress xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın siyasi kursunu dəyişməsi ilə bağlı iddialar reallığa uyğun deyil. “Hər hansı ölkə ilə əlaqələrimizi kəsdiyimizi deməmişik, bu, həmçinin Rusiyaya da aiddir. Münasibətlərdəki gərginlik isə həmişə davam edə bilməz” deyə o bildirib.
Simonyan qeyd edib ki, Ermənistanın Rusiyaya ünvanladığı bütün suallar hələ də aktual olaraq qalır və İrəvan dialoq prosesində həmin suallara cavab almaq istəyir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsələsinə toxunan spiker vurğulayıb ki, Ermənistanın təşkilatda iştirakı ilə bağlı mövqeyinin dəyişməsi hazırda çətin görünür.
Qiymət Mahir
tag: Simonyan,Ermənistan,Rusiya,Gərginlik,Todaypress.az,