Simonyan Qazaxıstana minnətdarlığını bildirdi

Qərbi Azərbaycan

14.05.2025 16:49

14

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan parlamentinin spikeri Alen Simonyanı qəbul edib. 

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan liderinin sözlərinə görə, hazırda Ermənistan münasibətlər bir çox istiqamətdə ardıcıl inkişaf edir.

Buna müntəzəm siyasi dialoq, həmçinin ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi kömək edir. 

A.Simonyan görüşdə Ermənistan və Azərbaycan arasında sülhə nail olmaqla bağlı göstərilən səylərə görə Qazaxıstana minnətdarlığını bildirib. 

Ermənistan parlamentinin spikeri öz növbəsində ikitərəfli dialoqun əsas elementlərindən biri kimi parlamentlərarası qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

tag: Alen Simonyan,Ermənistan,Qazaxıstan,Səfər,Todaypress.az,