Simonyan: "Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm"

Qərbi Azərbaycan

17.03.2025 17:35

2783

Ermənistan parlamentinin spikeri Alen Simonyan respublikanın Baş naziri Nikol Paşinyanın mayın 9-da Moskvaya gözlənilən səfərindən xəbərsiz olduğunu bildirib. 

TodayPress xəbər verir ki, o, bu barədə jurnalistlərə verdiyi müsahibədə məlumat verib.   

"Ermənistanın Baş nazirinin 9 may tədbirlərində iştirak edib-etməyəcəyini bilmirəm. Nikol Paşinyanın hansı qərarı verəcəyindən xəbərsizəm" deyə o, əlavə edib. 

Qeyd edək ki, martın 14-də Kremlin mətbuat xidməti bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Paşinyan Rusiya prezidentinin dəvətini qəbul etdiyini və mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək yubiley tədbirlərində iştirak edəcəyini təsdiqləyib. 

Töhfə Səməd

tag: Alen Simonyan,Ermənistan,Azərbaycan,Sülh,Todaypress.az,