Serj Sarkisyana qarşı yeni ittihamlar

Qərbi Azərbaycan

12.03.2025 15:03

1116

Ermənistanın keçmiş prezident Serj Sarkisyana qarşı çoxsaylı cinayət ittihamları irəli sürülüb. 

TodayPress xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. 

İttihamlara İsakov prospektinə və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəlləşdirilməsi faktı ilə bağlı başlanmış cinayət işində Serj Sarkisyana qarşı xüsusi külli miqdarda mənimsəmə, 18 böyük oğurluq, 2 vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması və 3 pulların yuyulmasına köməklik daxildir. 

Cinayət işi açılana kimi onun ölkədən çıxışına da qadağa qoyulub. 

Türkan İsgəndərli

tag: Ermənistan,Serj Sarkisyan,İttiham,Cinayət,Məhkəmə,Todaypress.az,