Sədr: “Ermənilər ərazi iddialarından əl çəkən deyillər”
“Əgər kimsə düşünürsə ki, ermənilər nə vaxtsa öz xislətlərindən, Azərbaycan, Türkiyə və Gürcüstana qarşı qaldırdığı ərazi iddialarından əl çəkəcək, həmin şəxslər yanılırlar”.
TodayPress xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası üzvlərinin gənclərlə görüşündə deyib.
O, diqqətə çatdırıb ki, ermənilərin hədəfləri birdir:
“Ermənilər öz torpaqları, yerləri, mülkləri olmasa da, özlərinə bir dövlət yaratmağa çalışıblar. Cənubi Qafqazda qətiyyən erməni faktoru, torpağı olmayıb. Heç bir tarixi, torpağı olmayan bu şəxslər indi nəyi iddia edə bilərlər? Lakin 600 ildir ki, bu niyyətlərindən, istək və iddialarından əl çəkməyiblər. Düzdür, Azərbaycanın hazırkı hədəfi region ölkələri ilə sülh və əmin-amanlıq içində yaşamaqdır. Lakin beyni zəhərlənmiş erməni həqiqətini də unutmaq lazım deyil” deyə o əlavə edib.
Töhfə Səməd
tag: Azərbaycan,Türkiyə ,Ermənistan,Torpaq,Əziz Ələkbərli,Todaypress.az,